EN

Paytaxt və rayonlarda silah-sursat ələ keçirildi

BAKI, 28 yanvar. TELEQRAF

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, yanvarın 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 22 tüfəng, 2 patron darağı və 76 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Chosen
100
13
teleqraf.com

10Sources