EN

Anar Rzayev: Abşeron dairəvi dəmir yolu üzrə daşınan sərnişinlərin sayı 36 mindən 43 minədək artıb

Bakı, 28 yanvar, AZƏRTAC

Bakı, Sumqayıt şəhərlərində, bütövlükdə Abşeron yarımadasında insanların gediş-gəlişini təmin edən mühüm yollardan biri də Abşeron dairəvi dəmir yolu marşrutudur. Bu marşrut iki xətdən ibarətdir: Bakı–Xırdalan–Sumqayıt və Bakı–Pirşağı–Sumqayıt. Son illərdə marşrutun təkmilləşdirilməsi, eləcə də reys sayının artırılması üzrə əhəmiyyətli tədbirlər görülüb

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

Onun sözlərinə görə, dəmir yolu xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə rəqəmsallaşma tədbirləri həyata keçirilib, bilet satışı onlayn təşkil edilib, mobil tətbiq istifadəyə verilib, stansiya və dayanacaqlarda modernləşdirmə işləri görülüb.

A.Rzayev əlavə edib ki, ötən il Abşeron dairəvi dəmir yolu üzrə daşınan sərnişinlərin sayı həftəiçi gündəlik 36 mindən təqribən 43 minə qədər artıb: “Bu da xidmət keyfiyyətinin artırılmasının, o cümlədən hərəkət cədvəlinin optimallaşdırılması və qatarla təhlükəsiz, rahat və maneəsiz səfərə üstünlük verilməsinin göstəricisidir”.

Chosen
12
2
azertag.az

3Sources