Salyanda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlar var.
Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayonun Seyidsadıqlı kəndi ərazisindən krçən hissəsində qeydə alınıb.
Belə ki, "BMW"markalı avtomobil "VAZ-2107" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində hələlik şəxsiyyəti məlum olmayan 3 nəfər xəsarət alıb.
Birinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Təcili yardımdan dedilər ki, ölüb, amma tam dəqiq deyil.