EN

Rusiya regionları üzərində 75 PUA vurulub

Rusiya bölgələri və Qara və Azov dənizləri üzərində gecə ərzində 75 Ukrayna dronu vurulub.

Ucnoqta.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri gecə ərzində Rusiya bölgələri üzərində 75 Ukrayna dronu vurub.

Məlumata görə, Krasnodar diyarı üzərində 24 PUA, Krım Respublikası üzərində 23 PUA, Qara dəniz üzərində 6 PUA, Belqorod vilayəti üzərində 5 PUA, Həştərxan vilayəti üzərində 4 PUA, Kursk vilayəti və Azov dənizi üzərində hər biri 3 PUA, Voronej və Bryansk vilayətləri üzərində hər biri 2 PUA, Rostov, Tambov və Volqoqrad vilayətləri üzərində isə 1 PUA vurulub.

Chosen
76
2
ucnoqta.az

6Sources