EN

Bukmeykerlər "Qarabağ"ın şansını necə qiymətləndirir?

Xəbər verdiyimiz kimi, “Qarabağ” bu gecə UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turu çərçivəsində İngiltərənin “Liverpul” klubu ilə üz-üzə gələcək. Qarşılaşma öncəsi bukmeykerlər Azərbaycan təmsilçisinin qələbə şanslarını yüksək qiymətləndirmirlər. Metbuat.az Azərbaycanın rəsmi idman mərc platforması olan “Misli.az”, eləcə də digər beynəlxalq mərc saytlarında qarşılaşma ilə bağlı müəyyən edilən əmsalları araşdırıb. Belə ki, “Misli.az”da “Qarabağ”ın qələbəsinə 16, oyunun heç-heçə başa çatmasına isə 8.75 əmsal təklif olunur. Digər mərc şirkətlərində isə təmsilçimizin qalib gəlməsinə 20, 15.5 və 15.87 əmsallar müəyyən edilib. Qarşılaşmanın heç-heçə nəticələnməsi isə müvafiq olaraq 10.6, 10.5 və 8.08 əmsallarla dəyərləndirilib. Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə bu gün saat 00:00-da başlayacaq. Oyun İngiltərədə, “Enfild” stadionunda keçiriləcək. Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
3
metbuat.az

1Sources