EN

Bakıda ödənişli zonalarla bağlı məsələlər dövlət qurumları ilə tam razılaşdırılmayıb

Bakıda ödənişli zonalarla bağlı bəzi məsələlər dövlət qurumları ilə tam razılaşdırılmayıb.

“İki sahil” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.

Onun sözlərinə görə, ödənişli zonalar ilə bağlı təklifləri dövlət qurumları ilə bir neçə dəfə müzakirə edilib: "Onların da rəyləri nəzərə alınıb. Ödənişli zonaların harada olacağı, hansı növ texnologiyadan istifadə olunacağı və sair ilə bağlı fikirlərimiz var. Lakin detalları hələ ki digər qurumlarla tam razılaşdırıb başa çatdırmamışıq. Ancaq ümumi yanaşma bundan ibarətdir ki, Bakı kimi şəhərlərin belə zonalara ehtiyacı var".

Chosen
83
1
ikisahil.az

1Sources