EN

ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı 51-ə çatıb

ABŞ-da genişmiqyaslı qar fırtınası nəticəsində həlak olanların sayı 51 nəfərə yüksəlib.

Bu barədə“NBC News” telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, Böyük Göllər bölgəsindən Meksika körfəzi sahillərinədək milyonlarla sakinə ekstremal dərəcədə aşağı temperatur barədə xəbərdarlıq edilib. Eyni zamanda, ABŞ-ın şərq hissəsinin üçdə birində yerləşən yaşayış məntəqələri azı 51 nəfərin həyatına son qoyan güclü qış fırtınasından sonra bərpa prosesinə başlayıb.

Telekanalın qeyd etdiyinə görə, Luiziana və Tennessi ştatlarında hava şəraiti ilə əlaqəli səkkiz ölüm halı qeydə alınıb. Kentukki ştatında 72 yaşlı qadın hipotermiyadan dünyasını dəyişib, daha bir nəfər isə cəzaçəkmə müəssisəsində qar və buzun təmizlənməsi zamanı həyatını itirib. Nyu-York şəhərinin meri Zöhran Mamdani isə şəhər küçələrində 10 nəfərin meyitinin tapıldığını açıqlayıb.

Chosen
11
aznews.az

1Sources