EN

“PAŞA Bank” səhmlərinin bir hissəsini hərraca çıxaracaq

Bakı, 28 yanvar, AZƏRTAC

“PAŞA Bank” ASC 354,512 milyon manatlıq nizamnamə kapitalının təxminən 5 faizini təşkil edən, hər birinin nominal dəyəri 20 manat olan 932 min 926 ədəd səhmini hərraca çıxaracaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “PAŞA Bank”ın İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev "Bankın səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesi”nə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.

““PAŞA Bank” səhmdarlarının qərarı və İdarə Heyətinin tövsiyəsi ilə sərvətimizin bir hissəsini potensial investorlarla bölüşməyi planlaşdırırıq. Səhmlərin yerləşdirilməsi prosesi bankın uzunmüddətli və dayanıqlı inkişafını, şəffaflığını və maliyyə dayanıqlılığını gücləndirməyi və iqtisadiyyata töhfə verməyi hədəfləyir", - deyə C.Quliyev qeyd edib.

Chosen
93
2
azertag.az

3Sources