EN

2025-ci ildə Azərbaycanda manatla olan pul kütləsinin həcmi açıqlandı

Bakı. Trend:

2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanda genişmənada pul kütləsinin həcmi (M3 aqreqatı) 49,860 milyard manattəşkil edib.

Trend bu barədəAzərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə 3,365 milyard manat və ya 7,2 faiz çoxdur.

Bundan savayı, 2025-ci ilin sonuna olan vəziyyətə görə manatlapul kütləsinin həcmi (M2 aqreqatı) 40,393 milyard manat olub ki, buda 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,741 milyard manat vəya 10,2% çoxdur.

Hesabat dövründə M1 pul aqreqatının həcmi isə 32,183 milyardmanata bərabər olub. Bu göstərici 2024-cü ilin müvafiq dövrü iləmüqayisədə 2,536 milyard manat və ya 8,6% çoxdur.

Qeyd edək ki, 31 dekabr 2025-ci il tarixinə Azərbaycandafəaliyyət göstərən 22 bankın filiallarının sayı 502, şöbələrininsayı 87, bankomatların sayı isə 3 486 təşkil edib.

Hesabat ayında bank sektorunda çalışanların sayı 1,4% və ya 369nəfər artaraq 27,389 nəfərə çatıb. İlin əvvəli ilə müqayisədə artım8% və ya 2,026 nəfər olub.

2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanda fəaliyyətgöstərən bankların cəmi aktivləri 57,086 milyard manat təşkiledib.

Məlumata əsasən, hesabat dövründə bankların məcmu öhdəlikləri49,744 milyard manat, balans kapitalı isə 7,343 milyard manatolub.

Məqalədə:
Chosen
50
50
az.trend.az

10Sources