EN

Nazir müavini: Nəqliyyatda cəza tədbirlərinin sərtləşdirilməsinə ehtiyac var

"Bəzi hallarda insanlar, o cümlədən yaşlı, hərəkət imkanları məhdud olan insanlar məcbur olub səkidən yolun hərəkət hissəsinə keçməyə məcbur olurlar".

APA-Economics” xəbər verir ki, bunu Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masa zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

O bildirib ki, çox vaxt bu kimi hallara görə qəzalar baş verir:

“İstər piyada, istər sürücü olsun, kifayət qədər məsuliyyətli şəkildə və yol hərəkəti mədəniyyəti çərçivəsində hərəkət etməlidir. Bəzən piyada yolu nəzərdə tutulmayan yerdən keçir. Bu halda, o, ilk növbədə öz həyatı üçün təhlükə yaradır. Bəzən də ona heç nə olmur, amma onun günahı ucbatından qəza baş verir, xəsarət alanlar olur. Məsuliyyətsiz bir addım bu hadisələrə yol açır. Hamımız birlikdə, sizlərlə, aidiyyatı qurumlarla bir yerdə piyada və sürücüləri intizamlı olmağa, yol hərəkəti qaydalarına riayət etməyə çağırırıq. Gözləmək lazım deyil ki, qaydalar sərtləşsin, cərimələr artırılsın ki, bu kimi halların qarşısı alınsın. Müşahidələr göstərir ki, bu istiqamətdə maarifləndirmə, təbliğat, bəzi hallarda isə cəza tədbirlərinin sərtləşdirilməsinə ehtiyac var”.

Chosen
35
9
apa.az

10Sources