Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrini sənəd qəbulu yanvarın 26-da bitib.
26 yanvar saat 09:00-a olan məlumata əsasən, 20346 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi -18542; rus bölməsi - 1804).
Maraqlıdır, imtahanda iştirak edəcək bakalavrdan neçəsi qız, neçəsi oğlandır?
Mövzu ilə bağlı AzEdu.az Dövlət İmtahan Mərkəzinə sorğu ünvanlayıb.
DİM-dən əldə etdiyimiz məlumata görə, magistratura imtahanının I cəhddində iştirak edəcək oğlanların sayı 10524, qızların sayı isə 12255-dir. Ümumilikdə 22779 nəfər bakalavrların ərizəsi təsdiq olunub.
Qeyd edək ki, İmtahan 2026-cı il fevralın 15-də keçiriləcək. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ni imtahana 4-5 gün qalmış çap edə biləcəklər.