EN

Joze Mourinyo açıqladı: Bunun səbəbkarı "Qarabağ"dır

"Benfika"nın baş məşqçisi Joze Mourinyo maraqlı açıqlama verib.

Publika.az xəbər ki, Portuqaliya klubunun məşhur çalışdırıcısı "Real"la son turun oyunundan əvvəl komandasının pley-off şanslarını dəyərləndirərkən üzləşdikləri vəziyyətə səbəb kimi ilk turda "Qarabağ"a məğlubiyyəti (2:3) göstərib:

"Düşünmürəm ki, “Benfika”nın pley-offa vəsiqə qazanıb-qazanmamaq transferlərlə bağlı olsun. Çünki klub yayda transferlər edib, indi isə mövsümün qalan hissəsi üçün heyəti balanslı şəkildə gücləndirməyə çalışır və əminəm ki, bunun vəsiqə məsələsi ilə bir əlaqəsi yoxdur.

Nəzəri olaraq vəsiqə qazanmamaq fərqli baxış bucaqlarından qiymətləndirilə bilər. Bu mərhələdə əsas problem qazanmalı olduğumuz bir oyunda məğlubiyyət idi. “Qarabağ”ı həmin oyun udsaydıq, hazırda 9 xalımız olardı və çox güman ki, vəsiqədən cəmi bir xal uzaqda olardıq. Bundan başqa, uduzduğumuz başqa matçlar da oldu. Deyərdim ki, evdə “Bayer Leverkuzen”lə oyun tamamilə ədalətsiz və kontekstdən kənar məğlubiyyət idi, amma bu da yenə məğlubiyyət idi və vəsiqə taleyinə təsir göstərdi".

Chosen
19
1
publika.az

2Sources