
“İranı məhv etməyin vaxtıdır”.
Missiya.Az xəbər verir ki, bunu amerikalı milyarder və ABŞ-nin ən böyük hedcinq (maliyyə riskinə qarşı sığorta) fondlarından birinin rəhbəri Bill Akman ABŞ Prezidenti Donald Trampa İrana qarşı çağırış edərək deyib.
O, İranı qlobal təhlükə adlandıraraq rejimə qarşı qəti tədbirlərin görülməsinin vaxtının çatdığını bildirib.
Akman “Iran International” telekanalının hazırladığı videoreportajı “X” sosial media hesabında paylaşaraq ABŞ Prezidenti, dövlət katibi və müdafiə nazirini həmin materiala baxmağa çağırıb.
Amerika liderinə çağırışında Akman Trampın sözünün üstündə duran lider olduğunu vurğulayıb və əlavə edib ki, İran rejimi etirazçıların qətlə yetirilməsini qırmızı xəttə çevirib.
Onun sözlərinə görə, son illərdə İran hakimiyyəti tərəfindən 43 min nəfər öldürülüb, yüz minlərlə insan isə görmə qabiliyyətini itirib və ya ömürlük şikəst qalıb.
Daşqın HəsənovMissiya.Az