Şamaxı-Əngəxaran-Məlhəm-Çuxuryurd-Nağaraxana-Dəmirçi kənd yolunda buzlaşma qeydə alınıb.
"19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsinin işçi heyəti və texnikası vasitəsilə yollara qum və duz məhlulları tökülüb. Hazırda avtomobillərin hərəkəti üçün heç bir məhdudiyyət yoxdur.
İdarənin sahə rəisi Şahin Rəcəbovun AzadMedia.az-a verdiyi məlumata görə, texnika və işçi heyəti buzlu yollarda fasiləsiz olaraq intensiv çalışır.
Həmçinin Bakı-Şamaxı-Yevlax yolunda da avtomobillərin hərəkəti bərpa olunub. Nəqliyyat vasitələrinin hərəkətində heç bir porblem yoxdur.