PSJ müqaviləsinin müddətinin uzadılması ilə bağlı baş məqşçisi Luis Enrike ilə danışıqlara başlayıb.
Msport.az xəbər verir ki, Paris təmsilçisinin rəhbərliyi 55 yaşlı mütəxəssisin komandada qalmasının tərəfdarıdır.
Onun hazırkı sözləşməsi 2027-ci ilin yayınadək qüvvədədir.
Qeyd edək ki, Luis Enrike 2023-cü ildən PSJ-də işləyir. Komanda onun rəhbərliyi altında iki dəfə Liqa 1-də, eyni sayda ölkə kubokunda çempionluq sevinci yaşayıb. Parislilər ötən il UEFA Çempionlar Liqası və UEFA Superkubokunu da qazanıblar.