EN

“Azturk Holding” bəyanat yaydı

Son günlər “Azturk Holding”in və ya şirkət rəhbərliyinin adından istifadə edildiyi iddia olunan və layihələrimizə müdaxilə cəhdləri ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır.

Bildiririk ki, bu iddialar reallığı əks etdirmir. İctimaiyyəti bu cür yanlış məlumatlara və vədlərə etibar etməməyə çağırırıq.

“Azturk Holding” tərəfindən elan edilən tenderlər, vakansiyalar və digər rəsmi məlumatlar yalnız şirkətin rəsmi internet saytı — www.azturkholding.com vasitəsilə paylaşılır. Rəsmi kanallarımızda dərc olunmayan məlumatlar etibarlı hesab edilə bilməz.

Kadr seçimi və digər mühüm qərarlar şirkət rəhbərliyinin birbaşa nəzarəti altında, qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir. Şirkətimizdə rüşvətə, qanunsuz və qeyri-etik hallara qətiyyən yol verilmir.

“Azturk Holding” peşəkarlıq, bilik və dürüstlük prinsiplərini əsas tutur və bu dəyərlərə sahib olan şəxslərlə əməkdaşlığa açıqdır.

Şirkətimiz bütün fəaliyyətlərini şəffaflıq və qanunauyğunluq prinsipləri əsasında davam etdirir.

Chosen
36
ucnoqta.az

1Sources