EN

Balotelli yenə diqqət mərkəzində: Məşhur döyüşçüyə rəqib oldu

Tanınmış italiyalı hücumçu Mario Balotelli yenidən diqqət mərkəzinə düşüb.

Publika.az xəbər verir ki, o, bu dəfə futbol yox, döyüş sənətləri sayəsində bunu bacarıb. Futbolçu Tailandda keçirilən məşq düşərgəsinə yollanıb və orada gözlənilmədən muay-tay ulduzu Rodtanqla yüngül sparrinq keçirib.

Rodtanq "MAX Muay Thai"-in sabiq çempionu və "ONE Championship"-in ən parlaq simalarından biri hesab olunur. Videoda Balotellinin taylandlı döyüşçü ilə ehtiyatla zərbələr mübadiləsi apardığı görünür, ümumi atmosfer isə rəqabətli deyil, daha çox dostcasına təsir bağışlayır. Mario özü paylaşımı belə bir səmimi ifadə ilə şərh edib: “Sənin üçün darıxıram, qardaş”.

Xatırladaq ki, bir müddətdə Mario Balotelli Birləşmiş Ərəb Əmirliklərini təmsil edən “Əl-İttifaq” klubuna qoşulub.

Heybət

Chosen
10
publika.az

1Sources