AzVision.az xəbər verir ki, Hindistanın Aviasiya Nazirliyinin məlumatına görə,yerli vaxtla səhər saat 8:10 radələrində Mumbaydan havaya qalxan kiçik təyyarə yarım saat sonra eniş etmək istəyərkən Baramati hava limanı yaxınlığında qəzaya uğrayıb.
Məlumatda qeyd olunur ki, Pavar gələn ay keçiriləcək yerli seçkilər öncəsi dörd mühüm ictimai toplantıda iştirak etməli idi.
Hindistanın Mülki Aviasiya Baş İdarəsinin məlumatına görə, təyyarənin göyərtəsində onun iki əməkdaşı və iki ekipaj üzvü də olub.
“Təyyarədə olan insanlardan heç biri sağ qalmayıb”,- agentliyin açıqlamasında deyilir.
Mediada yayılan xəbərlərə əsasən, Hindistanın maliyyə paytaxtı Mumbaydan uçan təyyarə havaya qalxma nöqtəsindən 250 km aralıda yerləşən Baramatidə təcili eniş etməyə cəhd göstərib.
Sahil İsgəndərov
AzVision.az