Filippin sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb.
Moderator.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri 380 mindən çox əhalisi olan Kotabato şəhərindən 101 kilometr cənub-qərbdə, ocağı isə 35 kilometr dərinlikdə qeydə alınıb.
Xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.