EN

İnfarkt keçirdiyi deyilən müğənninin vəziyyəti açıqlandı

Məşhur müğənni Hakan Taşıyanın infarkt keçirdiyi ilə bağlı xəbərlər yayılıb.

BAKU.WS xəbər verir ki, əvvəllər orqan köçürülən sənətçinin vəziyyətinin yaxşı olduğu açıqlanıb.

Bu barədə ifaçının meneceri bildirib. Hüseyin Canayaz "Ntv"yə açıqlamasında müğənninin infarkt keçirməsi ilə bağlı yayılan xəbərləri təkzib edib:

"Infarkt olmadı. Sadəcə kürəyinfə bir ağrı hiss etdi. Daha əvvəl ona oraqn transplantasiyası olduğu üçün həkimlər nəzarətdə saxlamaq istədi. Hazırda səhhəti yaxşıdır"

O indi Ankarada xəstəxanada həkimlərin nəzarəti altında saxlanılır.

Qeyd edək ki, Hakan Taşıyan "Güz Gülleri", "Hazin Geliyor" kimi mahnıları ilə məşhurlaşıb. Bir müddət əvvəl sənətçiyə bacısının böyrəyi köçürülüb.

Chosen
29
far.az

1Sources