EN

“Lynx” KF‑41 PDM-lərinin ilk partiyası İtaliya Ordusuna təhvil verilib

“Leonardo” və “Rheinmetall” şirkətlərinin birgə müəssisəsi olan “Leonardo Rheinmetall Military Vehicles” (LRMV) ilk dörd ədəd “Lynx” KF‑41 piyada döyüş maşınını (PDM) İtaliya Ordusuna təhvil verib.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, bu, ötən ilin sonunda 21 ədəd yeni “A2CS Combat” döyüş maşınının alınmasına dair ilk müqavilənin imzalanması ilə başlayan A2CS (Army Armoured Combat Systems) proqramının rəsmi startını bildirir.

Qeyd olunub ki, təhvil verilən dörd ədəd “Lynx” KF‑41 PDM-i “Rheinmetall” şirkətinin 30 mm-lik “Lance” döyüş modulu ilə təchiz olunub. Daha sonrakı mərhələdə bu modul “Leonardo” şirkətinin 30 mm-lik “Hitfist” qülləsi ilə əvəzlənəcək. Eyni qüllə bu sifariş çərçivəsində istehsal olunacaq növbəti 16 ədəd PDM-ə də inteqrasiya ediləcək.

A2CS proqramı yeni əsas döyüş tankı proqramı ilə birlikdə İtaliya Ordusunun ağır zirehli texnika parkının yenilənməsini təmin edəcək. Proqram yüksək səviyyədə rəqəmsallaşma və əlaqəliliklə seçilən, çoxdomenli əməliyyat mühitində qarşılıqlı fəaliyyəti mümkün edən ən müasir texnologiyaların tətbiqini nəzərdə tutur. Bu proses eyni zamanda beynəlxalq tərəfdaşların döyüş maşını parklarının yenilənməsi üçün də yeni imkanlar yaradır.

Chosen
22
poliqon.az

1Sources