“Beşiktaş”da icarə əsasında çıxış edən Temmi Abraham karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Msport.az xəbər verir ki, “Aston Villa” hücumçunu heyətinə cəlb edib.
İngiltərəli futbolçunun transfer qiyməti 21 milyon avro olub. Abraham 2018/19 mövsümündə komanda Premyer Liqaya yüksələndə “Aston Villa”da oynayıb və 26 qol vurub. Birmingem klubundan ayrıldıqdan sonra o, “Çelsi” ilə Çempionlar Liqasını qazanıb və daha sonra “Roma”nın Konfrans Liqasını qazanmasına kömək edib.
Qeyd edək ki, Abraham İstanbul nəhənginin heyətində bütün turnirlərdə 12 qol vurub.