EN

Yeni yayılan virus nə qədər təhlükəlidir? - AÇIQLAMA

Tibb elmləri doktoru, Piroqov Universitetinin Klinik Tibb İnstitutunun infeksion xəstəliklər və epidemiologiya kafedrasının professoru Murad Şaxmardanov bildirib ki, Hindistanda yoluxma halları qeydə alınan "Nipah" virusu yayılma baxımından təhlükəli hesab edilmir.
ONN media xəbər verir ki, o, bu barədə "Moskva" şəhər xəbərləri agentliyinə açıqlamasında danışıb.
İnfeksionistin sözlərinə görə, hazırkı mərhələdə Rusiya və digər region ölkələrində birbaşa və təcili təhlükə mövcud deyil. Bunun əsas səbəbi yoluxma hallarının lokal xarakter daşımasıdır.
Şaxmardanov vurğulayıb ki, virus əsasən endemik bölgələrdə yayılıb - Banqladeş, Hindistanın Qərbi Benqal ştatı, Malayziya və Sinqapurda.
Mütəxəssis qeyd edib ki, "Nipah" virusunun qlobal miqyasda yayılmamasının əsas səbəbi onun aşağı yoluxduruculuq səviyyəsidir. Həkimin sözlərinə görə, bu virus COVID-19 kimi asan və sürətlə yayılmır və yoluxma üçün mənbə ilə sıx təmas tələb olunur.
Şaxmardanov xəbərdarlıq edib ki, infeksiyanın yayılması riski yalnız o halda mümkündür ki, şəxs endemik ərazilərə səfər etsin, orada çiy xurma şirəsi içsin, xəstə ilə təmasda olsun və simptomlarla geri qayıtsın.
Ekspert Cənub-Şərqi Asiya ölkələrinə səfər edənlərə çiy xurma şirəsi içməməyi, bütün meyvələri diqqətlə yumağı və qabığını soymağı, uçan tülkülərlə təmasdan, onların yaşadığı ərazilərə getməkdən, həmçinin xəstə insan və heyvanlarla əlaqədən çəkinməyi tövsiyə edib.

Chosen
12
2
onn.az

3Sources