EN

Mənim bu adamlara nə pisliyim keçib?” İsa Həbibbəyli

Mia.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəylinin vəzifəsindən istefa verməsi ilə bağlı məlumat yayılıb.

Mia.az xəbər verir ki, Manset.az məsələni dəqiqləşdirmək üçün AMEA prezidenti ilə əlaqə saxlayıb.

İsa Həbibbəyli haqqında yazılanlardan məyus olduğunu bildirib:

“Mən, əslində, bu barədə danışmaq istəmirdim. Amma görürəm ki, danışmayanda olmur. Bunları yazmağa nə ehtiyac var? Biz işimizi davam etdiririk, qətiyyən belə bir fikir yoxdur. Bu, bizi sevməyən qüvvələrin AMEA-ya qarşı sensasiya yaratmaq məqsədilə atdığı addımdır. Bu adamları qınayıram. Nə üçün AMEA-ya qarşı belə münasibət bəslədiklərini bilmirəm. Mənim bu adamlara nə pisliyim keçib?” – deyə İsa Həbibbəyli bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
5
mia.az

6Sources