EN

Əhməd əl-Şaraa Putinlə görüşmək üçün Moskvaya gedib

Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün Moskvaya gedib.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Prezidentin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, iki lider Rusiya Silahlı Qüvvələrinin Suriyadakı mövcudluğu ilə bağlı məsələləri müzakirə edəcəklər.

"Bugünkü danışıqlar zamanı qoşunlarımızın Suriyadakı mövcudluğu ilə bağlı bütün məsələlərin də müzakirə olunacağına şübhəm yoxdur",- Kremlin sözçüsü bildirib.

İlahə Qənbərli

Missiya.Az

Chosen
25
missiya.az

1Sources