EN

Elçin Quliyev "Zəfər" ordenli generala yüksək vəzifə verdi - FOTO

Dövlət Sərhəd Xidmətində yeni kadr təyinatı olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev əmr imzalayıb.

Xidmət rəisinin əmri ilə Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri Komandanının birinci müavini - Qərargah rəisi general-mayor Nəsib Mirzəyev tutduğu vəzifədən azad edilərək xidmətin Baş İdarəsinə rəis təyin edilib.

Xatırladaq ki, N.Mirzəyev Vətən müharibəsində göstərdiyi şücaətə görə Prezident İlham Əliyevin sərəncamı ilə "Zəfər" ordeni ilə təltif edilib.

Milli.Az

Chosen
7
6
milli.az

8Sources