EN

Həsənov Rusiya İstintaq Komitəsinə müraciət etdi

Axar.az saytına istinadən ain.az xəbər verir.

Rusiyanın İstintaq Komitəsi bloger Hüseyn Həsənovla bağlı cinayət işinin istintaqını başa çatdırıb və materialları ittiham aktının təsdiqlənməsi üçün prokurorluğa göndərib.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın “Baza” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Həsənovun özü və vəkili Mixail Yusupov cinayət təqibinə xitam verilməsi üçün vəsatət qaldırıb.

Onlar iddia edir ki, bloger öz hərəkətlərinin cinayətkar mahiyyətini başa düşməyib və bütün qənaətlərin qanuni yolla biznes fəaliyyətilə əldə edildiyini düşünüb:

“Sözügedən vəsaitin xərclənməsi ilə bağlı hərəkətlər çirkli pulların yuyulması kimi qiymətləndirilə bilməz, çünki heç bir niyyət olmayıb”.

Eyni zamanda, müstəntiqlər hesab edir ki, 2019-2021-ci illər arasında Həsənov vergidən 175 milyon rubldan çox vəsaiti yayındııb, bunun 68 milyon rublunu müxtəlif sxemlər vasitəsilə yuyub və “Moskva Siti”dən mənzil almağa xərcləyib.

Həsənov xüsusilə külli miqdarda çirkli pulların yuyulmasına görə yeddi ilə qədər həbs cəzası ilə üzləşə bilər.

Qeyd edək ki, 2025-ci ildə ittihamlar irəli sürüldükdən sonra Həsənov Rusiyanı tərk etdiyinə görə qiyabi olaraq həbs edilib və beynəlxalq axtarışa verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
10
axar.az

1Sources