EN

Həbsdən çıxmasını qeyd edən qadın bu dəfə qonşusunu öldürdü

ain.az bildirir, Lent az saytına əsaslanaraq.

Rusiyanın Omsk şəhər sakini cəzaçəkmə müəssisəsindən azad olunmasını qeyd edərkən səs-küydən narahat olan yaşlı qonşusunu öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Omsk şəhərində, Kosenkova küçəsində yerləşən yataqxanada baş verib. Oğurluğa görə cəza çəkdiyi həbsxanadan yenicə buraxılan 52 yaşlı qadın azadlığa çıxmasını qeyd edirmiş. Axşam saatlarında o, dəhlizdə 60 yaşlı qonşusu ilə mübahisə edib. Qadının sözlərinə görə, qonşu qapını yüksək səslə döyüb.

Münaqişə zamanı qadın bıçağı götürərək kişini qarın nahiyəsindən vurub. Yaralını xilas etmək mümkün olmayıb.

Məhkəmənin hökmü ilə qadın cəzasını ümumi rejimli cəzaçəkmə həbsxanada çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, o, mərhumun anasına mənəvi ziyana görə 2 milyon rubl (təxminən 44 min 590 manat) təzminat ödəməyə məcbur edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
lent.az

1Sources