EN

“Mən rəqabətə hazıram, qərar Qurban Qurbanovundur“

“Mən hər zaman meydanda komandaya maksimum fayda verməyə və yoldaşlarıma dəstək olmağa çalışıram”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Joel Montiel deyib.

Cari mövsümdən Ağdam klubunun formasını geyinən ispaniyalı legioner hələ ki, Qurban Qurbanovun etimadını qazanmağı bacarır.

Bəs Kadi Borges zədəsini sağaldandan sonra necə olacaq? Yenidən ehtiyatda qalmağın mümkünlüyü onu narahat etmir ki?

Montielin cavabını dinləyək:

“Bu, baş məşqçinin qərarıdır. Hər bir futbolçu məşqçiyə seçim etmək baxımından ciddi rəqabət yaratmalıdır.

Mən rəqabətə hazıram. Özümü get-gedə daha yaxşı hiss etməyə başlamışam”.

Karyerasında ilk dəfə legioner həyatı yaşayan 29 yaşlı prineyli buna qədər yalnız İspaniya klublarının - “Rayo Valyekano”, “Toledo”, “Deportivo”, “Ovyedo”, “Levante”, “Valyadolid”, “Burqos”un uğurları üçün tər töküb.

Chosen
10
sportinfo.az

1Sources