EN

Tahir Kərimli: ““Oboy" paylanılarkən insanların bir-birinin üstünə çıxması hələ növbə mədəniyyətinin olmadığına dəlalət edir” - VİDEO

Sabiq deputat Tahir Kərimli Buzovna bazarında yerləşən dükanlardan birində pulsuz divar kağızı (oboy) paylanılması zamanı çəkilən görüntülərin sosial şəbəkələrdə tənqidlə qarşılanmasına, vətəndaşların sosial durumunun gündəmə gətirilməsinə münasibət bildirib.

 

T.Kərimli Pravda.az-a açıqlamasında deyib ki, xarici dövlətlərdə "qara cümə", "qara bazar günü" olur, sahibkarlar mağazaları açırlar, camaat havayı və ya endirimlə məmulatlar, qida məhsulları götürürlər:

Onun sözlərinə görə, Azərbaycanda isə belə adətlərə əvvəldən çox az rast gəlinib: “Sahibkar "oboy"ları, doğrudan da, havayı paylamaq istəyib və camaata paylayıbsa, bu, xeyriyyəçilik addımıdır, bir söz deyə bilmərəm. Camaat faydalanır, sahibkarın da ürəyi sakit olur, hansısa xoş niyyəti həyata keçir. Lakin "oboy" paylanılarkən basabas düşməsi, insanların bir-birinin üstünə çıxması bizdə hələ növbə mədəniyyətinin olmadığına dəlalət edir. Tez-tez görürük, xaricdə avtobus, çörək növbəsinə necə səliqə ilə dururlar. Bizdə isə basabas, hələ də növbəlilik mədəniyyətinin olmaması insanların daha keyfiyyətli, daha baha divar kağızı əldə etmək üçün basabas salması göstərir ki, ölkəmizdə istehlak təfəkkürü mədəni təfəkkürdən yuxarıda dayanır. Zaman-zaman bunu tərbiyə etmək, önləmək lazımdır. Sahibkarın borcudur ki, qaydanı özü təşkil etsin. Elə bir nizam yaratmalı idi ki, səliqəli şəkildə hər kəs götürə bilsin”.

 

Aytəkin Qardaşova

 

 

Tarix: 28 Yanvar 2026, 15:15   
Chosen
6
pravda.az

1Sources