EN

Travmalardan sonra gips mütləqdirmi? Həkim AÇIQLAYIB

ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Travma zamanı gips immobilizasiyası hər zaman vacib deyil və zədənin ağırlıq dərəcəsindən asılı olaraq alternativ üsullar tətbiq oluna bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktorunun müavini - baş həkim Nizami Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, yol-nəqliyyat hadisələri və xüsusilə skuter, mopet istifadəsi zamanı ən çox yuxarı ətraf travmaları müşahidə olunur. Bu zədələrə mil, dirsək, çiyin və ön qol nahiyələrinin travmaları, eləcə də diz nahiyəsinin zədələnmələri daxildir. Nizami Məmmədov bildirib ki, bu cür travmalar əsasən qoruyucu vasitələrdən istifadə edilmədikdə baş verir.

Həkim qeyd edib ki, travma zamanı sümüyün tamlığı pozulubsa, əksər hallarda gips immobilizasiyası tətbiq olunur. Lakin bu, mütləq qayda deyil. Bəzi yüngül travmalarda, əzilmələr və sadə sıxılmalar zamanı elastik bandajlar və ya xüsusi korsetlər vasitəsilə də müalicəni davam etdirmək mümkündür.

Nizami Məmmədov vurğulayıb ki, hansı müalicə üsulunun seçilməsi travmanın növü, ağırlıq dərəcəsi və pasiyentin ümumi vəziyyəti əsasında həkim tərəfindən fərdi şəkildə müəyyənləşdirilməlidir.

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
79
bakivaxti.az

1Sources