EN

İrandan Azərbaycana gətirilən yüzlərlə kiloqram qənnadı məmulatı məhv edildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Chinar Lunch Catering Service" MMC-nin İrandan gətirdiyi "Maryam Naderi Zarneh" şirkətinin istehsalı olan 1 680 kiloqram nuqa qənnadı məhsulundan nümunələr götürülüb.

Bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, laborator sınaq nəticəsində kif və maya göbələkləri göstəricisi üzrə uyğunsuzluq aşkarlanıb.

Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.
 İrandan Azərbaycana gətirilən yüzlərlə kiloqram qənnadı məmulatı məhv edildi

İrandan Azərbaycana gətirilən yüzlərlə kiloqram qənnadı məmulatı məhv edildi
Chosen
60
12
7news.az

10Sources