Elnarə Həsənovanın evinin yanında Cəfərov Vüqar tərəfindən tikilən mənzilin qanunsuz olduğu bildirilir. Mənzillər arasında heç bir məsafə qoyulmayıb. Tikili Kürdəmir şəhərinin mərkəzi küçələrindən birində yerləşir. Mübahisəli binanın mənşəyinin bəlli olmadığı iddia edilir. Binanın içərisinə 1 metrdən artıq torpaq verilib. Güman olunur ki, bina hansısa sahibkarlıq subyektinə məxsusdur. İki tikili arasında ara məsafəsi qalmadığı üçün yağış yağdıqda yığılan sular evlərin içinə daxil olur. Evlərin içində rütubət yaranır. Evlərin ətrafında olan hasarı da söküblər. Vətəndaş qeyd edib ki, onların ərazisindən 80 sm ərazi qanunsuz şəkildə zəbt edilib. Ərazidə yaşayan digər ev sahibləri məsələ ilə bağlı aidiyyəti qurumlardan tədbir görülməsini istəyir.