EN

Kallas Avropa dövlətlərinə çağırış edib

Bakı. Trend:

Avropa ölkələri Şimali Atlantik Alyans (NATO) çərçivəsindəaparıcı rolu öz üzərinə götürməlidir.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xaricisiyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi KayaKallas bildirib.

“NATO öz gücünü qoruyub saxlamaq üçün daha çox avropalaşmalıdır.Bunun üçün Avropa hərəkətə keçməlidir. Məsələn, təhlükəsizlik vəmüdafiə sahəsindəki təşəbbüslərimizin NATO-nu tamamlayan mexanizmolaraq qalmasını təmin etməliyik”, – deyə Kallas vurğulayıb.

Onun sözlərinə görə, Avropa ölkələri “yeni reallıqlarauyğunlaşmalıdır”, xüsusilə də “Vaşinqtonun artıq cazibə mərkəziolmadığı” şəraitdə.

Bundan əlavə, o, Aİ-də mövcud qərar qəbuletmə mexanizminin idealolmadığını bildirib. Kallasın fikrincə, üzv ölkələr arasında“siyasətdə fərqliliklərin” olması normaldır, lakin “ir ölkənin vetohüququnun digərlərinin siyasətini müəyyənləşdirməsinə yol verməkolmaz.

Məqalədə:
Chosen
76
50
az.trend.az

10Sources