EN

Sahib Məmmədov: "Dövlət orqanlarında ştat cədvəli və əməkhaqqı fondu dəyişdirilə bilməz”

"Hər bir dövlət orqanının ştat cədvəli və əməkhaqqı fondu Nazirlər Kabineti tərəfindən təsdiq olunur. Həmin ştat cədvəli elektron informasiya sistemi (ƏMAS) üzərindən yerləşdirilir. İşçilər bu sənədi özbaşına dəyişə bilməzlər".

QHT.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Sahib Məmmədov açıqlamasında bildirib. Onun sözlərinə görə, ƏMAS sistemində ştat cədvəlinin dəyişdirilməsi və ya əməkhaqqı fondundan kənar əlavə vəsait tapılması mümkün deyil. Belə bir maliyyə mənbəyi mövcud olmadığından əlavə ödənişlərin edilməsi də mümkün olmur:

"Bu vəziyyət təkcə dövlət təsisatlarında deyil, bütün dövlət orqanlarında və büdcədən maliyyələşən təşkilatlarda eyni şəkildə tətbiq olunur. Məsələn, hər hansı bir dövlət qurumu 30 nəfər tələbəni təcrübəyə qəbul etsə belə, Nazirlər Kabinetinin və ya Prezidentin bilavasitə tabeliyində olan orqanların, yaxud Prezident Administrasiyası tərəfindən təsdiq edilmiş ştat cədvəli özbaşına dəyişdirilə bilməz. Əməkhaqqı fondunda bununla bağlı heç bir əlavə vəsait nəzərdə tutulmur və digər maddələrdən də bu məqsədlə vəsait ayırmaq mümkün deyil. Eyni zamanda bu sahədə başqa problemlər də mövcuddur və onların tənzimlənməsi zəruridir".

Chosen
40
qht.az

1Sources