EN

Avropada İLK DƏFƏ: İtaliya parlamentində FƏTH-in yaranma günü QEYD OLUNDU

İtaliya parlamentində FƏTH-in yaranma günü qeyd olunub.

İnterpress.az xəbər verir ki, bu barədə jurnalist Maks Lurye məlumat yayıb.

İtaliya parlamentində Fələstinin FƏTH təşkilatının ildönümü münasibətilə təntənəli tədbir keçirilib. Bu, Avropa ölkələrinin parlamentlərində sözügedən təşkilatla bağlı keçirilən ilk bu cür mərasim kimi tarixə düşüb.

Tədbirdə Fələstin tərəfdarı olan ictimai xadimlər, bir sıra siyasətçilər və Fələstin funksionerləri iştirak ediblər.

Mərasimdə çıxış edən FƏTH-in İtaliyadakı katibi İmad Əli və FƏTH İnqilab Şurasının üzvü Məhəmməd əl-Laham İtaliya hökumətini Fələstini tanımamaqda ittiham ediblər.

Onlar həmçinin Roma, Milan, Turin, Florensiya və Neapolda keçirilən İsrail əleyhinə aksiyaları yüksək qiymətləndirərək, bu hərəkatın “dünya sülhünə” töhfə verdiyini bildiriblər.

Bundan əlavə, toplantı iştirakçıları İsraildən Barquti də daxil olmaqla bütün fələstinli məhbusların dərhal azad edilməsini tələb ediblər.

Girişdə iştirakçılara Fələstin xalqı ilə həmrəyliyi simvolizə edən “arafatka” şalları paylanılıb.

Məlumat üçün bildirilir ki, FƏTH-in yaranma günü kimi qəbul edilən 1 yanvar 1965-ci il tarixi, əslində təşkilatın İsrailə qarşı ilk hərbi diversiya cəhdi ilə bağlıdır.

Həmin vaxt İsrailin milli su operatoru olan “Mekorot” obyektini partlatmaq cəhdi uğursuzluqla nəticələnmişdi.

Həmin hadisə zamanı təsadüfən özünü partladan Əhməd Musa Sələmə təşkilatın ilk “şəhidi” elan edilmişdi.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
12
interpress.az

1Sources