2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən mənzil və kommunal təsərrüfatına 322,5 milyon manat xərclənib.Metbuat.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, bu, 2024-cü illə müqayisədə 3 milyon manat və yaxud 0,9 % çoxdur.
Hesabat dövründə mənzil və kommunal təsərrüfatı xərcləri faktiki xərclərin 0,8 %-ni təşkil edib.