Ötən il prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişlənib.
APA xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2025-ci ilin yekununa dair Kollegiya iclasında bildirilib.
Məlumata görə, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlərlə 65 nəfər təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.