EN

Naxçıvanın xarici ticarət dövriyyəsində ixracın payı 28 faizdən çox artıb

Naxçıvan, 28 yanvar, AZƏRTAC

Ötən il muxtar respublikanın xarici ticarət dövriyyəsi 130 milyon 126 min 770 ABŞ dolları təşkil edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ticarət dövriyyəsinin 13 milyon 570 min 210 dollarını və ya 10,4 faizini ixrac olunmuş məhsulların, 116 milyon 556 min 560 dollarını və ya 89,6 faizini isə idxal məhsullarının dəyəri təşkil edib. 2024-cü illə müqayisədə xarici ticarət dövriyyəsi 3,7 faiz, o cümlədən idxal 1,4 faiz, ixrac isə 28,4 faiz artıb.

Chosen
11
1
azertag.az

2Sources