EN

Tarkan konsertində Sibel Canla birlikdə oxudu - VİDEO

İstanbulda səhnəyə çıxan türk pop musiqiçisi Tarkan tamaşaçılarına sürpriz edib.

“Yeni Sabah” xəbər verir ki, o, səhnəyə həmkarı Sibel Canı dəvət edib.

İfaçılar səhnədə “Çakmak çakmak” mahnısını oxuyaraq rəqs ediblər. Onların səhnədəki ifasına məşhur komediya ustası Ata Demirer də qoşulub.

Üçlük birlikdə Tarkanın məşhur ifalarından olan “Gül döktüm yollarına” mahnısını oxuyublar.

Onların səhnə performansı konsertlə yanaşı sosial mediada da maraqla qarşılanıb. 

Qeyd edək ki, Tarkan 7 illik fasilədən sonra İstanbulda böyük konsert proqramı ilə çıxış edib.

Aydan Hacı 


Telegram kanalımız
Chosen
16
1
yenisabah.az

2Sources