EN

Mirzoyan: Ermənistan Türkiyə ilə münasibətləri tam normallaşdırmağa sadiqdir

BAKI, 28 yanvar. TELEQRAF

Ermənistan Türkiyə ilə münasibətləri tam normallaşdırmağa sadiqdir.

Teleqraf xəbər verir ki, bu fikirləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurası Parlament Assambleyasında (AŞPA) çıxışı zamanı deyib.

Mirzoyan bildirib ki, irəliləyiş var: "Sərhədlərin açılması, diplomatik münasibətlərin qurulması və dəmir yolu əlaqələrinin bərpası regional sabitliyin və rifahın möhkəmləndirilməsinə mühüm töhfə olacaq".

Chosen
50
1
teleqraf.com

2Sources