Ajans.az xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov küçəsində baş verib. İlkin məlumata görə, "Haima", "Mercedes" və "Opel" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.(Mənbə: Report.az)