EN

Azərbaycanla sülh sazişinin yaxın aylarda imzalanacağına ümid edirik - Mirzoyan

Bakı. Trend:

Azərbaycanla Ermənistan arasında sülh sazişinin artıq yaxınaylarda imzalanacağına ümid edirik.

Trend erməni KİV-əistinadən xəbər verir ki, bunu Ermənistanın XİN rəhbəri AraratMirzoyan yanvarın 28-də AŞPA-da etdiyi çıxışda dilə gətirib.

“Ümid edirəm ki, Ermənistan və Azərbaycan arasında sülh sazişiyaxın aylarda imzalanacaq. Sülhün komponentlərinə kommunikasiyayollarının açılması və tranzit sahəsində qarşılıqlı yardımıngöstərilməsi daxildir”, - deyə Mirzoyan bildirib.

Ermənistanlı nazirin sözlərinə görə, TRIPP (Sülh və Rifah naminəTramp Marşrutu) Cənubi Qafqaz regionunda sülh və əməkdaşlıq üçünsemantik amil rolunu oynayacaq.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının PrezidentiDonald Tramp və Ermənistan Respublikasının Baş naziri NikolPaşinyan Azərbaycan Respublikasının Prezidenti və ErmənistanRespublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair BirgəBəyannamə imzalayıblar.

Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti DonaldTramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanlagörüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziriArarat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikasıarasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinədair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və AzərbaycanRespublikası və Ermənistan Respublikası xarici işlər nazirlərininATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesininbağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişəüzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və YüksəkSəviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. OnlarAzərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlərnazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini(ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minskkonfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi vəYüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə)imzalayıblar.

Məqalədə:
Chosen
76
31
az.trend.az

10Sources