EN

Bu avtomobillərin idxalı rüsumlardan azad edilir

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir. Demokrat.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Gömrük tarifi haqqında” təklif olunan dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiqedici sənədi əsasında şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) artıq olmamaqla raritet avtonəqliyyat vasitələrinin idxalı gömrük rüsumundan azad edilir. Hazırda qüvvədə olan qaydalara əsasən mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və zavod buraxılış tarixindən 40 ildən çox keçmiş avtonəqliyyat vasitələri raritet (nadir) avtonəqliyyat vasitələri hesab edilir. Dəyişikliyə əsasən raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi aşağıdakı şərtlər çərçivəsində tənzimlənəcək:- idxalının müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasında həyata keçirilməsi;- idxal olunan raritet avtonəqliyyat vasitələrininsayının şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) çox olmaması.Raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi onların idxalçılarının xərclərinin azalmasına imkan yaradacaq.  (Qafqazinfo)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
13
demokrat.az

10Sources