EN

Zolaqların ölçüsü niyə dəyişdirilir? Sürücülərin nəzərinə!

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Son dövrlərdə Bakıda və digər şəhərlərdə yolların yeni tərzdə xətlənməsi diqqət çəkir. Yeni xətləmə sistemi yalnız estetik məqsəd daşımır, eyni zamanda hərəkətin daha nizamlı təşkili və yol təhlükəsizliyinin artırılması üçün nəzərdə tutulub.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, xətlənmə standartlara uyğun həyata keçirilir, lakin bəzi yanlış anlayışlar mövcuddur:“Yeni xətlənmə tərzi tam doğru deyil, bəzi küçələrdə xətlənmə ölçüləri ( 4-5 metr ) standartlara cavab vermirdi və bu, hərəkətə mane olurdu”.Ekspert əlavə edib ki, xətlənmənin çəkilməsi yalnız yol nişanlarını müəyyən etmir, eyni zamanda yol hərəkətində çətinliklər yarada bilər:“Xətlənmənin standartlara uyğun aparılması vacib olsa da, əlaqə çətinlikləri, mikromobillik və avtobus hərəkətində problemlər meydana çıxa bilər. Bu da ümumi nəqliyyatın işləməsinə təsir göstərir”.Qeyd edək ki, yeni xətləmə sistemi həm estetik, həm də təhlükəsizlik məqsədi daşısa da, bəzi texniki çatışmazlıqlar hələ də hərəkətin tam nizamlı təşkili üçün maneə yaradır.Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
31
demokrat.az

1Sources