Türkiyəli tanınmış cütlük Yıldız Çağrı Atiksoy və Berk Oktay son paylaşdıqları şəkillərlə yenidən diqqət mərkəzinə düşüb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, ikilinin bu paylaşımı qısa müddət ərzində izləyicilərindən böyük maraq görüb. "Savaşçı" serialında birgə rol alan və sonrasında dostluqları sevgiyə çevrilən Berk Oktay ilə Yıldız Çağrı Atiksoy 2022-ci ildə ailə həyatı qurub.
Məşhur cütlük 21 mayda dünyaya gələn körpələri Mira Milena ilə xoşbəxtliklərini daha da artırıblar.
Ana və ata olmağın həyəcanını yaşayan cütlük haqqında boşanma iddiaları gündəmə gəlmişdi. Bu iddialara səbəb isə aldatma və xəyanət ittihamları olmuşdu.
Ancaq problemlərini həll edən cütlük tez-tez sosial media hesablarından bir-birlərinə olan sevgilərini göstərir. Atiksoyun Instagram hesabında paylaşdığı son şəkil izləyicilərindən müsbət rəylər alıb.
