Yeniazerbaycan portalından alınan məlumata görə, ain.az xəbər verir.






![]()
YAP Ağdam rayon təşkilatında partiya veteranının 75 illik yubileyi münasibətilə görüş keçirilib.
Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatında partiya veteranı və uzun illər rayon təşkilatının ictimai-siyasi həyatında fəallıq göstərmiş Əliyev Rafiq Teyqubad oğlunun 75 illik yubileyi münasibətilə görüş keçirilib.
YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, səadət dolu günlər arzulayıb.
Çıxış edənlərdən Ağdam rayon İcra Hakimiyyəti Başçısının müavini Xəqani Nəzərov, Rayon Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılov, rayon ziyalılarından Talıbov Nazim Hikmət, Fəqani Səfərov və başqa natiqlər yubliyarı təbrik edərək ona gələcək işlərində uğurlar arzulayıblar.
Yubilyar Əliyev Rafiq Teyqubad oğlu göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirərək Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasının və uzun illər partiyanın təbliğatındakı fəaliyyətinin onun üçün böyük qürur olduğunu söylədi.
YAP Ağdam rayon təşkilatı tərəfindən Rafiq Əliyevə partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə uzun illər aktiv iştirakına görə Fəxri Fərman və qiymətli hədiyyə təqdim edilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.