EN

Dağıstanda atışma oldu - İki silahlı öldürüldü

Dağıstanın Qarabudaqkənt rayonunda iki naməlum şəxs təhlükəsizlik qüvvələrinə atəş açıb.

Redaktor.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Rusiya Hərbi Milli Polisindəki mənbə bildirib ki, hücum edənlər atışma zamanı zərərsizləşdirilib.

Hadisə yerində iki tapança, bir "Kalaşnikov" avtomatı və bir partlayıcı qurğu aşkarlanıb.

Mənbə əlavə edib ki, şəxsi heyət arasında itki olmayıb.

Chosen
26
2
redaktor.az

5Sources