Olaylar.az bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici bir ay əvvələ nisbətən 5,2 milyon manat və ya 4,9% az, 2025-ci ilin yanvarın 1-nə olan göstərici ilə müqayisədə isə 12,5 milyon manat və ya 14,1% çoxdur.
Hesabat dövrünə sözügedən regiondan cəlb olunmuş əmanətlərin orta faiz dərəcəsi 5,83%-ə bərabər olub.
Eyni zamanda, bu ilin yanvarın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin həcmi 842 min manat olub ki, bu da bir ay əvvəlki göstərici ilə müqayisədə 34 min manat, yaxud 4,2%, ötən ilin eyni dövrünə nisbətən isə 409 min manat və ya 1,9 dəfə çoxdur.
Hesabat dövrünə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin orta faiz dərəcəsi 5,38% təşkil edib.
Qeyd edək ki, bu ilin yanvarın 1-nə Azərbaycanın ümumi regionları üzrə cəlb olunmuş əmanətlərin həcmi 16,772 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,1 milyard manat və ya 14,4% çoxdur.