İran: Bizim prioritetimiz ABŞ ilə danışıqlar deyil, ölkəni müdafiə etmək üçün tam hazırlıqdır
İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib ki, Tehran hazırda ABŞ ilə danışıqlardan daha çox milli müdafiəyə tam hazırlığa üstünlük verir.
Yarırəsmi Tasnim Xəbər Agentliyinin məlumatına görə, Qaribabadi hazırda İranla ABŞ arasında rəsmi danışıqların aparılmadığını, lakin dolayı mesajların mübadiləsi aparıldığını bildirib.
İran rəsmisi bildirib ki, "Əgər amerikalılar nəticəsi qeyri-müəyyən olan danışıqlar istəyirlərsə, İran bunu qəbul edəcək, lakin ABŞ bizi hərbi yerləşdirmə yolu ilə danışıqlara məcbur edə bilməz".
Qəribabadi ABŞ-ın məhdud hücum ehtimalına toxunaraq deyib: "Bizə qarşı hücumun başladığı hər bir bazanı və ya nöqtəni hədəf alacağıq. Hərbi müdaxilə ABŞ üçün asan seçim deyil, çünki onlar bilirlər ki, İranın cavabı sadəcə mütənasib olmayacaq. Bizim cavabımız elə şəkildə hazırlanıb ki, onlar yenidən məhdud hücumlar etməyi düşünməyəcəklər".
Qəribabadi həmçinin bildirib ki, ABŞ ilə danışıqlar başlasa, İran potensial müharibəyə hazırlıq səviyyəsini aşağı salmayacaq və deyib: "Düşmənin müharibə strategiyasını nəzərə alsaq, danışıqlar bizim üçün prioritet deyil; İranın prioriteti ölkəni müdafiə etməyə 200 faiz hazır olmaqdır".
aia.az
Tərcümə şöbəsi